“Real Madrid” Gehi üçün hərəkətə keçib

"Real Madrid" "Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehini transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, Madrid klubu oyunçunu gələn yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Telegraph" nəşri məlumat yayıb.

"Liverpul" bu yay Gehini transfer etməyə çalışsa da, bu cəhd uğursuz alınıb.