"Real Madrid" ingiltərəli futbolçunu izləməyə başlayıb
"Real Madrid" "Kristal Pelas"ın ingiltərəli yarımmüdafiəçisi Adam Vartonu transfer etmək niyyətindədir.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Madrid klubu oyunçunun meneceri ilə təmas halındadır.
21 yaşlı futbolçunun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Xabi Alonso Adam Vartonun oyununu çox bəyənir. Rəhbərliktən onun transferini məhz ispaniyalı mütəxəsis istəyib.