“Real Madrid” ispaniyalı futbolçu ilə anlaşıb
"Real Madrid" heyətini ispaniyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, "Benfika"nın futbolçusu Alvaro Karreyras Madrid klubuna transfer olacaq.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Transferin gələn həftə rəsmləşəcəyi gözlənilir.
Qeyd edək ki, Karreyrasın transfer qiyməti 40 milyon avrodur.