"Real Madrid" ispaniyalı futbolçu ilə maraqlanır

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Mario Kortegananın məlumatına istinadən xəbər verir ki, Madrid klubu "Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi üçün hərəkətə keçib.

26 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 29 matçda 1 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, 26 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 60 milyon avrodur.

Zubimendinin "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.