“Real Madrid” isveçli ulduzu heyətinə qatmaq istəyir
“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereş “Real”ın maraq dairəsinə düşüb.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Gyökereş üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçu ilə “Arsenal”, “Çelsi”, “Barselona”, “Paris Sen-Jermen” və “Mançester Yunayted” kimi klublarda yaxından maraqlanır.
Qeyd edək ki, Gyökereş bu mövsüm çıxış etdiyi 36 matçda rəqib qapılarından 34 top keçirib.
Onun “Sportinq”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.