"Real Madrid" "Jirona"nı məğlub etdi

İspaniya La Liqasında 25-ci turun matçları davam edir.

Sportline.az xəbər verir ki, son çempion "Real Madrid" öz meydanında "Jirona" ilə qarşılaşıb. Görüş Madrid klubunun qələbəsi ilə nəticələnib.

"Real Madrid" 2:0 "Jirona"

Qollar: Luka Modriç, 41, Vinisius Junior, 83

Qeyd edək ki, "Real Madrid" 54 xalla 2-ci, "Jirona" isə 31 xalla 12-cidir.