"Real Madrid" Konate ilə maraqlanır
"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Liverpul"un fransalı müdafiəçisi İbrahima Konate "Real"ın maraq dairəsindədir.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.