"Real Madrid" "Kristal Pelas"a elçi düşüb
"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton "Real Madrid"in maraq dairəsinə düşüb.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, məşhur scaut Juni Kalifat 21 yaşlı yarımmüdafiəçinin "Real Madrid"ə transfer olması üçün israr edir.
Qeyd edək ki, Adam Vartonun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
A.Vartonun hazır ki dəyəri "Transfermarkt" portalına görə 32 milyon avrodur.