“Real Madrid” Mbappeyə 117 milyon avro ödəyib
"Real Madrid" fransalı hücumçusu Kilian Mbappeyə 117 milyon avro transfer bonusu ödəyib.
Sportline.az xəbər verir ki, bu haqda “Marca” qəzeti məlumat yayıb.
Mbappe bu mövsüm 39 oyuna çıxıb, 27 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun “Kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, Mbappe ötən ilin yayında PSJ-dən “Real”a azad agent kimi transfer olmuşdu.