"Real Madrid" Modriçlə bağlı qərar verib

"Real Madrid"in xorvatiyalı əfsanəsi Luka Modriçlə klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şikriya məlumat yayıb.

39 yaşlı futbolçunun "Real"la hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

Madrid klubu Modriçlə daha 1 il müqaviləni artırmağı düşünür.

Qeyd edək ki, Luka 2012-ci ildən "Real Madrid"in şərəfini qoruyur.