“Real Madrid” müdafiəçisi ilə vidalaşır

"Real Madrid"in futbolçusu Xesus Valyexo zədələnib.  

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bir neçə həftə meydanlardan kənarda qalacaq.

Madrid klubu onun xroniki əzələ zədələri səbəbindən komandadan ayrılmasını planlaşdırır.

28 yaşlı müdafiəçinin müqaviləsi yayda başa çatacaq və o, azad agent kimi komandadan ayrılacaq.  

Qeyd edək ki, Xesus Valyexo bu mövsüm "Real"ın heyətində cəmi bir oyunda iştirak edib. O, 2015-ci ildə "Saraqosa"dan Madrid təmsilçisinə transfer olunub.