"Real Madrid" "Porto"ya elçi düşüb
"Real Madrid" portuqaliyalı futbolçu Rodriqo Moranı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
19 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 44 matçda 5 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avrodur.