"Real Madrid" tarixinin ən bahalı transferi
"Real Madrid" klubu "Benfika"dan sol cinah müdafiəçisi Alvaro Karerası transfer etdiyini rəsmən açıqlayıb.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı müdafiəçi üçün "Benfika"ya 50 milyon avro ödəyib.
Bu məbləğ Karerası "Real Madrid" tarixindəki ən bahalı sol cinah müdafiəçisi edir.
Bu mövqedə əvvəlki rekord 2019-cu ildə "Lion" klubundan 48 milyon avroya transfer olunan Ferlan Mendiyə məxsus idi.