"Real Madrid" ulduz futbolçusunu satmağa qərar verdi

"Real Madrid" brazilyalı ulduz futbolçusu Vinisius Juniorla bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi 25 yaşlı sol cinah vingerini satmaq niyyətindədir.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, Vinisiusun transfer qiyməti 200 milyon avrodur.