"Real Madrid" ulduzunu bu qiymətə satmağa razıdır
"Real Madrid" brazilyalı ulduz futbolçusu Vinisius Juniorun transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı sol cinah vingerini 150 milyon avro qarşılığında satmağa hazırdır.
Bu haqda "El Chiringuito" nəşri məlumat yayıb.
Qeyd edək ki, Vini bu mövsüm meydana çıxdığı 21 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.
Sözügedən oyunçunun klubla münasibətlərini yaxşı vəziyyətdə deyil.