“Real Madrid” “Valensiya”nı darmadağın etdi

İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, lider "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Valensiya" ilə qarşılaşıb.

Görüş Madrid təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib.

"Real Madrid" 4-0 "Valensiya"

Qollar: Kilian Mbappe, 19, 31, Cud Bellingem, 43, Alvaro Karreras, 82

Qeyd edək ki, "Real Madrid" 30 xalla çempionata başçılıq edir. "Valensiya" 9 xalla 18-cidir.