"Real Madrid" və "Arsenal" transfer yarışına girib
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Zubimendi "Real Madrid" və "Arsenal"ın maraq dairəsinə düşüb.
26 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Zubimendi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 oyunda 1 qol və 2 asistlə yadda qalıb.
Onun "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.