"Real Madrid" və "Bavariya" almaniyalı ulduz üçün hərəkətə keçib

"Bayer"in ulduz futbolçusu Florian Virts Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Real Madrid" və "Bavariya" Virtsi transfer etmək niyyətindədir.

21 yaşlı futbolçunun transfer qiyməti 140 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Virts bu mövsüm "Bayer"in heyətində 39 rəsmi matçda iştirak edib. Aktivində 15 qol və 13 məhsuldar ötürmə var.

Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.