"Real Madrid" və "Liverpul" transfer yarışına girib

"Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmix mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" və "Liverpul" Kimmixi transfer etmək niyyətindədir.

30 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Kimmix 2015-ci ildən Münhen klubunun şərəfini qoruyur.

O bu mövsüm çıxış etdiyi 36 matçda 1 qol və 10 məhsuldar ötürmə müəllifi olub.