"Real Madrid" və "Mançester Siti" transfer yarışına girib

"Paris Sen-Jermen"in portuqaliyalı futbolçusu Joao Neves mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

"Real Madrid" və "Mançester Siti" Nevesi transfer etmək niyyətindədir.

Qeyd edək ki, Nevesin "Paris Sen-Jermen"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

20 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 60 milyon avro olaraq qiymətləndirilir.

Joao Neves bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 4 qol və 9 asistlə yadda qalıb.