"Real Madrid"in 1 nömrəli transfer hədəfi
"Arsenal"ın fransalı müdafiəçisi Vilyam Saliba "Real Madrid"in transfer hədəfinə çevrilib.
Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsi dövründə əsas diqqətini Salibaya yönəldəcək.
Müdafiədə yaranan problemləri aradan qaldırmaq üçün Ançelotti 23 yaşlı futbolçunun transferini rəhbərliktən tələb edib.
Qeyd edək ki, Salibanın "Arsenal"la müqavilə müddəti 2027-ci ilin yayında başa çatacaq.
Mikel Arteta isə bu transferə qarşıdır. Lakin son qərarı oyunçunun özü verəcək.
Salibanın transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
O bu mövsüm çıxış etdiyi 33 matçda 2 qolla yadda qalıb.