"Real Madrid"in futbolçusu "Mançester Siti"nin radarına düşüb

"Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqa "Mançester Siti"nin transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kamavinqanı komandasında görmək istəyir.

22 yaşlı yarımmüdafiəçinin "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kamavinqanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 80 milyon avro olaraq qiymətləndirilir.