"Real Madrid"in gözü ingiltərəli ulduzun üzərindədir
"Çelsi"nin ingiltərəli ulduz futbolçusu Kol Palmer "Real Madrid"in diqqət mərkəzindədir.
Sportline.az "E Notices" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso Palmerin böyük heyranıdır.
"Los Blankos" 23 yaşlı futbolçunu transfer etmək istəyir.
Lakin "Çelsi"nin rəhbərliyi Palmeri satmaq fikrində deyil.
Qeyd edək ki, sözü gedən futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 120 milyon avrodur.