"Real Madrid"in Konate israrı davam edir

"Real Madrid" klubu müdafiə xəttini gücləndirmək üçün çalışmalara başlayıb.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Liverpul"un fransalı stoperi İbrahima Konate "Real"ın 1 nömrəli hədəfinə çevrilib.

"Los Blankos" futbolçunun meneceri ilə bu həftə görüşəcək. 

"Liverpul" Konate üçün 50 milyon avro tələb edir.

Lakin "Real"ın rəhbərliyi 26 yaşlı futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Konatenin Mersisayd klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.