"Real Madrid"in Saliba israrı davam edir
"Real Madrid" klubu müdafiədə yaranan problemləri aradan qaldırmaq üçün çalışmalara başlayıb.
Sportline.az "Le10Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın fransalı futbolçusu Vilyam Saliba Madrid klubunun 1 nömrəli hədəfidir.
24 yaşlı stoper üçün "los blankos" 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Saliba "Real Madrid"ə transfer olmaq arzusundadır.
O, "Arsenal"la yeni müqavilə imzalamaq niyyətində deyil.
Xatırladaq ki, Salibanın "topçular"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 2 qolla yadda qalıb.