"Real Madrid"in ulduzu əməliyyat olacaq
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem çiyin əməliyyatına girəcək.
Sportline.az xəbər verir ki, “Real Madrid” və İngiltərə millisinin futbolçusu Cud Bellingem bu çərşənbə günü Londonda sol çiynindən əməliyyat olunacaq. Bu barədə “ESPN” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Bellingem 10-12 həftə yaşıl meydanlardan uzaq qalacaq.