"Beşiktaş" və "Mançester Siti" qalib gəldi, "Real" 1 xalla kifayətləndi

Bu gün UEFA Çempionlar Liqasında 3-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

Gecənin mərkəzi matçında "Real" və "Tottenhem" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq. İki görüşdən sonra eyni nəticəni göstərən kollektivlərin mübarizəsi qrup lideri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

Gecənin digər maraqlı duellərində "Mançester Siti" "Napoli"ni, "Monako" "Beşiktaş"ı qəbul edəcək.


17 oktyabr 2017
Çempionlar Liqası, 3-cü tur

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7
QOLLAR:
Firminyo, 4 (0:1); Koutinyo, 13 (0:2); Salah, 19 (0:3); Salah, 39 (0:4); Firminyo, 54 (0:5); Oksleyd-Çemberleyn, 86 (0:6); Aleksandr-Arnold, 90 (0:7)

“Spartak” (Moskva, Rusiya) - “Sevilya” (İspaniya) - 5:1
QOLLAR:
Promes, 18 (1:0); Kyaer, 30 (1:1); Melqarejo, 58 (2:1); Qluşakov, 67 (3:1); Adriano, 74 (4:1); Promes, 90 (5:1)

F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:2
QOLLAR:
Berquis, 7 (1:0); Bernard, 24 (1:1); Bernard, 54 (1:2)

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1
QOLLAR:
Sterlinq, 9 (1:0); Qabriel Jesuş, 13 (2:0); Diavara, 73/p. (2:1)

G qrupu

“Leyptsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2
QOLLAR:
Orban, 8 (1:0); Abubakar, 18 (1:1); Forsberq, 37 (2:1); Avqustin, 40 (3:1); Markano, 44 (3:2)

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2
QOLLAR:
Falkao, 30 (1:0); Cenk Tosun, 34 (1:1); Cenk Tosun, 54 (1:2)

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1
QOLLAR:
Varan, 28/a.q. (0:1); Ronaldu, 43/p. (1:1)

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1
QOLLAR:
Pote, 62 (1:0); Sokratis, 67 (1:1)