"Real" və "Mançester Siti" transfer yarışına girib

"Bayer"in almaniyalı futbolçusu Florian Virts mövsümün sonunda klubunu dəyişə bilər.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" Virts üçün hərəkətə keçib.

21 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 140 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 35 matçda 15 qol və 12 asistlə yadda qalıb.