Real - Yuventus: Dino Dzoffun proqnozu
İtaliya futbolunun canlı əfsanəsi Dino Dzoff Çempionlar Liqasının final matçı ilə bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, o, "Real" - "Yuventus" matçında italiyalıları favorit sayır: "Bəli, Kriştianu Ronaldu güclü hücumçudur. Amma "Yuventus"un etibarlı müdafiəsi bu təhlükəni sovuşdurmağa qadirdir. Hətta, bu oyunda 2-1 hesabı ilə "Yuve"nin qalib gələcəyini də deyə bilərəm".