“Real”da ayrılıq yaşana bilər
Braziliyalı Endrikin "Real Madrid"dən ayrılması mümkündür .
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun gələcəyi qeyri-müəyyəndir.
O, əsas komandada az oyun praktikası qazandığı üçün narazıdır. Madrid klubu gənc oyunçunu icarəyə göndərə bilər.
İngiltərənin "Vest Hem" və Fransanın "Lion" klubları forvardın transferi ilə maraqlanır.
Qeyd edək ki, Endrik bu mövsüm Madrid təmsilçisinin heyətində 5 qol vurub və 1 məhsuldar ötürmə edib.