"Real"dan 45 milyon avroluq transfer

"Real Madrid" "Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendini transfer etmək istəyir.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 45 milyon avro təklif edib.

Zubimendinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 32 oyunda rəqib qapılarından 1 top keçirib.