“Real”dan 65 milyonluq transfer
“Leipziq”in fransalı futbolçusu Kastello Lukeba “Real Madrid”in maraq dairəsinə düşüb.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Kral klubu bu keçid üçün “Leipziq”ə 65 milyon avro təklif edib.
Lukeba “Real Madrid”də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, 22 yaşlı stoperin “Leipziq”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.