"Real"dan yeni transfer

"Real Madrid" yay transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, "Benfika"nın ispaniyalı sol cinah müdafiəçisi Alvaro Karreyras yeni mövsümdən etibarən "Real Madrid"də çıxış edəcək.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Karreyras ötən mövsüm meydana çıxdığı 52 matçda 4 qol 4 asistlə yadda qalıb.