"Real"ın futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər

"Real Madrid" avstriyalı mərkəz müdafiəçisi David Alaba ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, "Beşiktaş" 33 yaşlı futbolçunu transfer etmək istəyir.

Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Qeyd edək ki, Alabanın Madrid klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.