"Real"ın gözü o futbolçunun üzərindədir

"Real Madrid"in "Bormunt"un sol cinah müdafiəçisi Miloş Kerkezi transfer siyahısına əlavə edib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda Kerkez üçün "Bormunt"a rəsmi təklif göndərəcək.

Macaristanlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kerkez cari mövsüm çıxış etdiyi 30 matçda 2 qol və 4 asistlə yadda qalıb.

21 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.