"Real"ın Mbappe planı suya düşdü

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı yekun qərarı verib.

Sportline.az "Cadena SER"ə istinadən xəbər verir ki, fransalı hücumçu bu mövsüm klubunu dəyişməmək qərarına gəlib. 23 yaşlı oyunçu bu barədə əfrandakılara bildirib. Paris təmsilçisinin idman direktoru Leonardo da Kilianın PSJ-də qalacağını söyləyib.

Qeyd edək ki, Mbappenin klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır. Onun adı "Real"la hallanırdı.