"Real"ın yarımmüdafiəçisi zədələnib
"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Çuameni zədələnib.
Sportline.az xəbər verir ki, fransalı futbolçu “Liverpul”la keçirilən qarşılaşma (0-1) zamanı xəsarət alıb.
Məlumata görə, onun sol budunun yarımvətərli əzələsində zədə aşkarlanıb və bu səbəbdən Çuameni təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.