Remsi "Barselona"nın hədəfində
"Barselona" futbol klubu "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsiyə elçi düşüb. SportLine.az "Sunday Express"ə istinadən xəbər verir ki, katalonlar mövsümün sonunda uelsli futbolçunun keçidini təmin etmək istəyirlər. Artıq baş məşqçi Luis Enrikenin rəhbərliyi transferlə bağlı razı saldığı da bildirilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2008-ci ildən "topçular"ın şərəfini qoruyur.