Renat Dadaşov oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinə cəlb olunan Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt" (U-19) növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, Frankfurt klubu "Qroyter Fyurt" ilə üz-üzə gəlib.

Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

R.Dadaşov start heyətində yer alıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Ayntraxt” 24 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.