Renat Dadaşov yeni klubunda debüt etdi

Portuqaliya çempionatında 2021/22 mövsümü başlanıb.

Sportline.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Tondela”  yeni mövsümdə ilk matçında "Santa Klara” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə başa çatıb – 1:0.
 
Renat oyunun 87-ci dəqiqəsində meydana  çıxıb. Bu, Dadaşovun yeni komandasında rəsmi debütü olub.