Rəşad Sadıqov Almaniyadan qayıtdı
Futbol üzrə milli komandamızın kapitanı Rəşad Sadıqov müayinə üçün yollandığı Münhendən qayıdıb. SportLine.az xəbər verir ki, həkimlər Belfast səfərinin ardınca Almaniyaya yollanan kapitana 2 həftəyə yaxın istirahət etməyi məsləhət görüblər. Bundan sonra tam müalicə prosesinə start veriləcək. Xatırladaq ki, milli və “Qarabağ”ın bir neçə oyununa risk altında çıxan kapitanın dizindəki ağırlaşan zədəsi Şimali İrlandiya ilə görüşə hazırlıqda təzələnmişdi. Tam bərpa olunması üçün 6-7 həftəyə qədər vaxt tələb olunan müdafiəçi Avropa Liqasının “Slovan” və “Fiorentina” ilə oyunlarını, həmçinin, ölkə çempionatının ilin sonunadək olan görüşlərini kənardan izləməli olacaq.