Rəşad Sadıqov Avrokubokların rekordçuları sırasında
UEFA Avrokubokların təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb. Sportline.az xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 55 oyunla UEFA kuboku (Hazırkı Avropa Liqası - red) turnirinin təsnifat mərhələsində çıxış edənlər arasında 4-cüdür. Bu görüşlərdən 37-si Avropa Liqasının payına düşür. Digər təcrübəli futbolçumuz Rəşad Sadiqovun da aktivində Avroliqanın 37 qarşılaşması var.