Rəşad Sadıqov: "Millinin baş məşqçisi olmaq haqqında düşünmək hələ tezdir"
Adım millinin baş məşqçisi postuna namizəd kimi göstərilsə də, bu haqda danışmaq istəməzdim. Əvvəla, Prosineçkinin gedişi hələ tam dəqiqləşməyib. Ən azı, buna görə, həmin mövzudan danışmaq yersiz olardı. Ümumiyyətlə isə, millinin baş məşqçisi olmaq haqqında düşünmək hələ tezdir”. Sportline.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, "İmarət" fan-klubunun Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə təşkil etdiyi bugünkü görüşdə deyib. Fikrini davam etdirən Sadıqov hazırda diqqətini əsasən “Qarabağ”ın oyunlarına yönəltdiyini vurğulayıb: “ Ən azı qışa və ya mövsümün sonuna qədər futbolçu karyeramı davam etdirmək, “Qarabağ”ın uğurlarına tohfə vermək istəyirəm”.
Qeyd edək ki, son günlər Rəşad Sadıqovun adı millinin baş məşqçisi postuna namizəd kimi hallandırılır.