Rəşad Sadiqov yeni klubu ilə müqavilə bağladı

“Qəbələ”dən ayrılan Rəşad Sadiqov karyerasını "Zirə" komandasında davam etdirəcək. Sportline.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Məlumatı klubun feysbuk səhifəsi yayıb. Xatırladaq ki, karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” komandalarının şərəfini qoruyan Sadiqov milli komandamızın da formasını geyinib.

 

Banner