Rio-2016: Növbəti medal Raman Saleidən

Rio-2016 Yay Paralimpiya Oyunlarında üzgüçülük növündə mübarizə davam edib. SportLine.az xəbər verir ki, kişilərin 100 metr məsafəyə arxasıüstə üsulla üzgüçülük yarışlarında Azərbaycan Dmitri Salei və Raman Salei ilə təmsil olunub. 

Mübarizəni ikinci bitirən Raman Salei Paralimpiya komandamızın hesabına 9-cu medalı (1 qızıl, 6 gümüş, 2 bürünc) yazdırıb.