Rodriqo: "Mbappe ilə birgə oynamaq insana zövq verir"
"Real Madrid"in brazilyalı ulduzu Rodriqo komanda yoldaşı Kilian Mbappe haqqında danışıb.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Rodriqo fransalı futbolçu haqqında bu fikirləri səsləndirib;
"Kilian Mbappe ilə birgə oynamaq insana zövq verir. O möhtəşəm futbolçudur. Kilian ilə bir-birimizi əla başa düşürük. Ümid edirəm ki, bu mövsüm çoxlu qollar vuracaq", deyə Rodriqo bildirib.