"Roma" "Brayton"un futbolçusunu icarəyə götürür
"Roma" "Brayton"un irlandiyalı futbolçusu Evan Fergüsonu icarə əsasında heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
20 yaşlı forvard ötən mövsüm meydana çıxdığı 23 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, E.Fergüson geridə qalan mövsümü "Vest Hem Yunayted"də icarə əsasında keçirib.