"Roma" İngiltərə klubundan futbolçu alır
"Roma" "Aston Villa"nın yamaykalı futbolçusu Leon Beylini rənglərinə bağlamaq istəyir.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Paytaxt klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
28 yaşlı futbolçu "Roma"da çıxış etməyə isti yanaşır. Hər iki klub arasında danışıqlar davam edir.
Qeyd edək ki, Leon Beyli "Aston Villa"ya 2021-ci ilin yayında "Bayer"də 32 milyon avro qarşılığında transfer olunmuşdu.