"Roma" ingiltərəli futbolçuya elçi düşüb

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonun bu yay satılacağı dəqiqləşib.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, İtaliyanın "Roma" klubu futbolçuya elçi düşüb.

"Qırmızı şeytanlar" 25 yaşlı sol cinah vingeri üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.