"Roma"da 30 milyon avroluq transfer
"Roma" bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, klubun yeni baş məşqçisi Can Piero Qasperini rəhbərliktən bir neçə futbolçunun transfer edilməsini tələb edib.
Bu oyunçulardan biridə "Palmeyras"da forma geyinən Riçard Riosdur.
Paytaxt klubu 25 yaşlı futbolçu üçün 30 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, Riçard Riosun "Palmeyras"la müqaviləsi 2028-ci ilin dekabr ayının 31-nə qədər nəzərdə tutulub.